Azərbaycanlı model Türkiyədə seriala çəkildi – fotolar

Azərbaycanlı model Türkiyədə seriala çəkildi – fotolar
3151 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı model Könül Əzizova Türkiyədə “Məni belə sev” adlı serialda rol alıb.

Axşam.az-ın məlumatına görə, yaradıcılıq işlərini qardaş ölkədə quran model bildirib ki, təklif onun üçün gözlənilməz olub:

“Türkiyədə bir serialda rol almağım mənim üçün çox xoşdur. Bu təklif gələn zaman düşünmədən qəbul etdim. Baxmayaraq ki, serialda mən çox az sujetdə yer almışam, amma öz rolumla yadda qalmağı bacarmışam. Bu mənim aktrisa kimi ilk işimdir. Amma sonuncu olmayacaq”.

Xatırladaq ki, "Məni belə sev" serialı Türkiyənin “TRT” kanalında yayımlanır. Model K.Əzizozova teleserialın 46-cı bölümündə rol alıb. Serialın rejissoru Cem Tabak, ssenari müəlifi Hakan Haksundur.