Günayın evində borc qalmaqalı - fotolar

Günayın evində borc qalmaqalı - fotolar
3469 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karelin külli miqdarda borcu olduğu aşkarlanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün Bəylərbəyindəki evinə gələn məmurlar evin əşyalarının müsadirə olunacağını bildirib.

Günay özündən çıxaraq onlara etiraz edib:

"Bilirsiniz ki, Tolqa "Survivor" yarışmasında, Dominikandadır. 10 ildən qalan borcu istəmək indi ağlınıza gəlib? Belə bir şeydən xəbərim yoxdur".

Bundan sonra Tolqanın atası ilə vəkil arasında mübahisə yaranıb. Məmurlar aranı sakitləşdirib və borcun ödənilməsi üçün bir həftə vaxt verib.