Türkiyənin "TRT Avaz" kanalında yayımlanan "Azərbaycan ulduzları" proqramının formatı dəyişdirilir.
Axşam.az xəbər verir ki, layihə rəhbəri Arzu Umut bundan sonra türk dünyasına azərbaycanlı sənətçilər haqqında daha çox məlumat veriləcəyini bildirib. Bu işdə aparıcıya TRT Bakı təmsilçiliyinin əməkdaşı Şirməmməd Hüseynov kömək edəcək.
Arzu Umut yeni proqramın çəkilişləri üçün kamera qarşısına keçib.