Xalq artisti Brilliant Dadaşovanın yeni fotoları yayılıb.
Axşam.az-ın məlumatına görə, müğənni evində, yataqda çəkdirdiyi şəkilləri “Facebook” səhifəsində paylaşıb. B.Dadaşova fotoları ilə bağlı bunları qeyd edib:
“Verilişdən gəlib yorğunluğumu azca atmaq üçün uzandım. Gözümü təzə yuman kimi çak-çuk səslər eşitdim. Aparıcı Anarla Günayın (“Bizim gün” verilişinin aparıcıları Anar Cəfərov və Günay Rəhimova – red.) verilişində saçıma gül taxmışam Onu başımda unudaraq evə gəlmişəm. Qızlara gülməli görünüb, şəklimi çəkməyə başlayıblar. Bu da mənim beş-on dəqiqə dincəlməyim”.