Əməkdar artist Nüşabə Ələsgərli konsert verə bilməməkdən şikayətlənib. Axşam.az-ın məlumatına görə, müğənni "Şoubiz" verilişinə açıqlamasında bunun üçün təşkilatçıya ehtiyacının olduğunu deyib:
“Solo konsert verməyi istəyirəm. Amma sponsor, daha doğrusu təşkilatçılar olmalıdır. Müğənnin işi gəlib mahnısını oxuyub getməkdir”.
Nüşabə Ələsgərli bu yaxınlarda Almaniyaya yola düşəcəyini, orada bir neçə silsilə konsertlər verəcəyini bildirib.
Foto: Rəşad ABBASOV