Qərb mətbuatı məşhur aktrisa Mila Kunisin hamilə olması ilə bağlı məlumat yayıb.
Axşam.az xəbər verir ki, Mila son zamanlar daha boş libaslar geyinir. 30 yaşlı aktrisanın Eşton Katçerdən övlad gözlədiyi deyilir.
Hələ ki, cütlük bu barədə açıqlama verməsə də, paparatsilər Milanın hamiləliyini hiss etdirən fotolar əldə edə bilib. Əgər məlumat özünü doğruldarsa, 36 yaşlı Eşton ilk dəfə ata olacaq.