Məşhur aktrisa Skarlett Yohansson artıq ana olacağını gizlətmir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 5 aylıq hamilə olan Hollivud ulduzu Los Ancelesdə mətbuat konfransına qatılıb.
Geyimindən də hamilə olduğu hiss edilən Skarlet bu xəbəri ilk dəfə təkzib etməyib və yayılan məlumatları təsdiqləyib.
29 yaşlı Skarlett nişanlısı, aktyor Romen Doriakla ilk dəfə övlad sahibi olacaq. Cütlük ötən ilin sentyabrında nişanlansa da, toy etməyə tələsmir.
Qeyd edək ki, S. Yohansson daha əvvəl kanadalı həmkarı Rayan Reynoldsla evli olub.