Hüseyn Dəryanın gözü yaşlı qızı - fotolar

Hüseyn Dəryanın gözü yaşlı qızı - fotolar
7988 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən axşam qəzaya uğrayaraq 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən, lakin bu gün səhər saatlarında dünyasını dəyişən reper Hüseyn Dəryanın meyidi hələ də ekspertizadadır.

“Qafqazinfo”nun xəstəxanada olan əməkdaşının sözlərinə görə, mərhumun yaxınları, fanatları xəstəxanaya toplaşıblar. Onların arasında H.Dəryanın iki həyat yoldaşı, qayınanası, oğlu və birz az öncə gələn qızı da var.

Mərhumun ilk həyat yoldaşının sözlərinə görə, H.Dərya xəstəxanaya düşəndən, hətta ölüm xəbəri yayılandan sonra ailə üzvlərindən heç kim onun yanına gəlməyib.

Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.