Bu ilin mayında Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Eurovision 2014” mahnı müsabiqəsində Rusiya təmsilçilərinin adları açıqlanıb.
Rusiyanı Maşa və Nastya Tolmaçova bacıları təmsil edəcək.
APA-nın “RİA Novosti” saytına istinadən verdiyi məlumata görə, Rusiya təmsilçilərinin seçimini “Rossiya-1” telekanalı həyata keçirib.
Əkiz bacılar uşaqlar üçün nəzərdə tutulan “Eurovision Junior – 2006” mahnı müsabiqəsində qalib olduğundan sonra məşhurlaşıb.
Qeyd edək ki, bacılar 59-cu “Eurovision” mahnı müsabiqəsinin mayın 6-da keçiriləcək 1-ci yarımfinalda çıxış edəcəklər.