Mərhum reper Hüseyn Dəryanın yas mərasimi Yasamalda Günəş petrolun yaxınlığında təşkil edilib.
Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mərasimdə mərhumun ailəsi və yaxınları ilə yanaşı sənət dostları da iştirak edir. Müğənni Rəqsanə İsmayılova, reper həmkarı Anar Nağılbaz, teleaparıcı Elgiz Əkbər də mərhumu son mənzilə yola salmağa gəliblər.
Xatırladaq ki, martın 14-də saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.