“Miss Eurovision”un yarımfinalçıları bəlli oldu – fotolar
Ölkə
11:38 / 17.03.14
2922dəfə oxunub
A-
A
A+
“High Life Fashion & Model Academy” və «Merac Production»nın təşkilatçılığı ilə keçirilən “Miss Eurovision” gözəllik müsabiqəsinin seçim turu davam edir.
Axşam.az-ın məlumatına görə, yarışmanın ilk yarımfinalçıları bəlli olub.
Münsif kürsüsündə teleaparıcı Nərgiz Cəlilova, modelyer Mübariz Allahverdizadə, akademiyanın direktoru və layihənin təşkilatçısı Aqil Məmiyev, əməkdar artist Hüsniyyə Mürvətova, müğənni Zamiq Hüseynov, aparıcı Şəhriyar Əbilov, Türkiyədən təmsilçi Turan İşık, model İlqar Əliyev və Oksana Rzayeva yer alıb. Münsiflər heyəti geyimlərində daha çox sinə dekoltesinə üstünlük verən iştirakçıların özlərini yetərincə göstərə bilmədiyini bildirib. Gecənin sonunda müğənni Toni Reysolok sevilən mahnılarını qonaqlar üçün səsləndirib.
Qeyd edək ki, ilk turdan sonra 40 xanım yarımfinala adlayıb. Onlardan 22 nəfər seçilərək finala vəsiqə qazanacaq.