“Eurovision” təmsilçimiz Səbinə Babayeva ötən gün bəstəkar Murad Arifin “Solo” verilişinin 5 yaşı münasibətilə keçirilən tədbirə fərqli saç düzümü ilə qatılıb. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl saçlarını sarı rəngə boyayan müğənni imicini dəyişib. O, saçlarını tündləşdirərək onlara qeyri-adi düzüm verib.