ATV telekanalında yayımlanan “Özünə bax 2” layihəsinin seçim turları davam edir.
Axşam.az-ın məlumatına görə, bu dəfə münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, modelyer Afaq İsmayılova və stilist Elnur Əliyev əyləşib.
Beş iştirakçı öz geyim zövqlərini nümayiş etdirmək üçün verilişə qatılıb.
Aygün Gülməmmədova adlı gənc xanımın geyim tərzində dəyişiklik edildikdən sonra ikinci yarımfinala keçməsi mümkün olub. İkinci dəfədir yarışmaya qatılan Məsumə Kazımova da münsiflərdən “hə” cavabı alıb. Elnur Qarazadə özü modelyer olsa da, geyim tərzi bəyənilməyib. Günün ən düzgün geyinən iştirakçısı isə Ülkər İsmayılova olub.
Qeyd edək ki, “Özünə bax” verilişi tamaşaçıları üçün müxtəlif hədiyyələr hazırlayıb. Belə ki, həftənin çərşənbə günü yayımlanacaq buraxılışda təqdim olunan suala doğru cavab verənlər hədiyyə qazanmaq şansı əldə edəcək.
Xatırladaq ki, veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftənin ilk üç günü saat 15:00-da canlı yayımlanır. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), Aygün Rəsulzadə, prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru isə Qəmər Abbasovadır. Müsabiqədə birinci yerin sahibi olacaq xanıma brilliant tac, bəyə isə avtomobil hədiyyə olunacaq.