Bu gün “Show production”un təşkilatçılığı ilə “İlin seçilənləri” mükafatlandırma mərasimi baş tutub. Axşam.az-ın məlumatına görə, mərasimin aparıcısı İlahə Nizamiqızı olub. Tədbirdə bir çox məşhur simalar mükafatlandırılıblar. Təltif olunan müğənnilər qonaqlar üçün sevilən mahnılarını səsləndiriblər. Prodüser Tolik, müğənni Kərim Abbasov, Sevda Yahyayeva, Emil Bədəlov, Yaşar Cəlilov, Yaşar Yusub, Aysel Əlizadə, rəqqasə Fatimə Fətəliyeva, aparıcı Vüsalə Əlizadə, dicey Çina və başqaları müxtəlif nominasiyalar üzrə diplomlar alıblar.
Foto: Rəşad ABBASOV