Axşam.az-ın məlumatına görə, o, uzun müddətdir “İctimai” telekanalda yayımlanan “Yeni dalğa” verilişinin bundan sonra fərqli adla və formatla efirə gələcəyini bildirib. K.Quliyev “Yeni sədalar” adlanacaq proqramı haqqında bunları deyib:
“Bundan sonra həftənin iki günü efirdə olacağıq. Eyni zamanda, verilişimiz “İctimai” radioda yayımlanacaq. Proqramın yayımlandığı studiyanın dekorasiyası dəyişilib. Verilişə dicey Proqres (Orxan) rəng qatacaq. Şou-biznesin sevilən simalarını dəvət edəcəyəm. Budəfəki qonaqlarım gənc ifaçılardır: Leyla Ramazanlı, Orxan Babazadə və Vüsalə Rəcəbova”.
Qeyd edək ki, verilişin yeni buraxılışı bu gün saat 13:45-də və həftənin cümə axşamı saat 15:15-də “İctimai” telekanalda canlı olaraq yayımlanacaq.