Müğənni Elton Hüseynəliyev və Sevda Yahyayeva Tərtərə yola düşüb.
Axşam.az-ın məlumatına görə, Müdafiə Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan N saylı hərbi hissənin əsgərləri ilə görüşdə sənətçilər çıxış ediblər. Prodüser Tolikin də qatıldığı konsertdə Sevda və Elton sevilən mahnılarını səsləndiriblər. E.Hüseynəliyev tədbirə "Nuray" ansamblı ilə birlikdə qatılıb.