ATV telekanalının zövq yarışması “Özünə bax”ın növbəti buraxılışı yayımlanıb.
Axşam.az-ın məlumatına görə, münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, stilist Elnur Həsənov, aparıcı Fərid Kərimov yer alıb.
Ötən gün dörd iştirakçı münsif qarşısına çıxıb. Onlar arasında “Best model 2006” müsabiqəsinin ikincisi Rauf Cəfərov də olub. Geyimi ilə münsifləri razı sala bilməyən modelin imicində dəyişiklik edilib. Hicran Ağaşirinova, İradə Qasımova, Rauf Cəfərov və Elnur Abbasov adlı iştirakçılar ikinci yarımfinala vəsiqə qazanıb.
Verilişdə ötən həftədən elan edilən müsabiqənin qalibi bəlli olub. “Facebook” səhifəsində yerləşdirilən suala ilk düzgün cavab verən istifadəçi mükafatlandırılıb.
Veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftənin ilk üç günü saat 15:00-da canlı yayımlanır. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), Aygün Rəsulzadə, prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru isə Qəmər Abbasovadır. Müsabiqədə birinci yerin sahibi olacaq xanıma brilliant tac, bəyə isə avtomobil hədiyyə olunacaq.