Cennifer Lopezdən yaz fotosessiyası

Cennifer Lopezdən yaz fotosessiyası
1807 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur müğənni Cennifer Lopez "İnStyle" dərgisi üçün kamera qarşısına keçib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi tanınmış jurnalın aprel sayının üz qabığını bəzəyəcək.

Cennifer Lopez fotosessiyasında "Chanel" brendinin yaz geyimlərini nümayiş etdirib.

44 yaşlı müğənni işlərinin çoxluğuna rəğmən özünü gümrah və cavan hiss etdiyini bildirib. İfaçı "American İdol" şousunun çəkilişləri, yeni albomu, klipləri və "Kohls" firmasının geyim tanıtımı ilə məşğuldur. Cennifer bunlara baxmayaraq 6 yaşlı əkizləri Maks və Emmiyə də vaxt ayıra bilir.