Cavanşirlə Nadir canlı yayımda barışdı – fotolar

Cavanşirlə Nadir canlı yayımda barışdı – fotolar
1881 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Cavanşir Məmmədov və müğənni Nadir Qafarzadə ANS telekanalında yayımlanan “Adam içində” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, uzun müddət küsülü olan müğənnilər canlı yayımda barışıblar.

Nadir bu barışığın xalq artisti İlhamə Quliyevanın istəyi və məsləhəti ilə baş tutduğunu deyib:

“Mənim dahi adlandırdığım xalq artistimiz İlhamə xanımın təşəbbüsü ilə Cavanşir Məmmədovla bir araya gəldik. Oturub danışdıq, barışdıq. Özümdən böyük bir insana xoşagəlməz sözlər dediyim, şəxsiyyətinə toxunduğum üçün özümü bağışlaya bilmirdim. Qərara gəldik ki, ANS-də başlayan qalmaqala elə bu telekanalda da son qoyaq”.