ATV telekanalında yayımlanan “Sağlam olun” verilişinin növbəti buraxılışında xoruldamaq, yuxusuzluq və artıq çəki problemlərindən bəhs olunacaq.
Axşam.az-ın məlumatına görə, dietoloq və lor-həkim bunlardan əziyyət çəkənlərə məsləhət verəcək. Peşəkar məşqçilər arıqlamaq üçün lazım olan düzgün idman hərəkətlərini öyrədəcəklər.
Qeyd edək ki, verilişə həftənin cümə günü, saat 15:00-da ATV telekanalında baxa bilərsiniz. Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan verilişin yaradıcı kollektivi aparıcı Zərif Atayeva, redaktor Sevinc Rəcəbova, rejissor Qəmər Abbasova, koordinatorlar Vüqar Şəfiyev və Azər Baxşəliyevdən ibarətdir.