Bu gün aparıcı Kamran Quliyevin “Yeni sədalar” verilişində bayram ab-havası yaşanıb.
Axşam.az-ın məlumatına görə, teleaparıcı yeni formatda və fərqli dizaynda təqdim etdiyi proqramından bəhs edib:
“Dicey Proqresin mahnı seçimləri ilə efiri izləyənlərə zövqlü musiqi təqdim etdik. Efirimizdə əsl bayram ab-havası yaşandı. Qonaqlarımızın maraqlı söhbətləri, yeni xəbərləri yayımlandı. Əminəm ki, izləyicilər də bizimlə darıxmadılar”.
Hər zaman tamaşaçılarına maraqlı veriliş təqdim edəcəyini bildirən K.Quliyev növbəti buraxılışlarda yeniliklərin bol olacağını vurğulayıb.
Qeyd edək ki, verilişi həftənin çərşənbə axşamı saat 13:45-də və cümə axşamı saat 15:15-də “İctimai” telekanalda canlı olaraq izləyə bilərsiniz.