Təranəni 16 kiloqram arıqladan pəhriz

Təranəni 16 kiloqram arıqladan pəhriz
4712 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Təranə Səmədova son aylarda 16 kiloqram arıqlayıb.

Axşam.az xəbər verir ki, Təranə artıq çəkidən xilas olmasının sirlərini bölüşüb:

“Ac qalaraq çəki atmaq sağlamlığa ziyandır. Son aylarda 16 kiloqram arıqlamışam. Heç nə yemədən asanlıqla arıqlaya bilərəm. Amma sonradan daha pis fəsadlar orataya çıxacaq. Buna görə də qaydalara uyğun addım atıram. Hər gün səhər ya yulaf yarması, ya da kəsmik yeyirəm. Günortalar balıq, toyuq, yağsız kabab yemək olar. Axşamlar qatıq və ya dovğ, yatmazdan iki saat əvvəl isə meyvə yeyirəm. Tərəvəzlərdən də istifadə etmək lazımdır. Pəhriz zamanı həftədə bir dəfə 100 qr çörək yeyirəm. Onun tərkibində orqanizmə xeyirli maddələr olduğu üçün mütləqdir. Su və təbii meyvə şirəsi içirəm. Qazlı və digər satışda olan şirələrdən istifdə etmirəm. Eyni zamanda, məşqçim Ceyhun Vəliyevin köməkliyi ilə idman edirəm. Düzgün qidalanmağımda və idmanda onun rolu böyükdür. Bundan sonra 15 kiloqram da arıqlamağı düşünürəm”

Foto: Rəşad ABBASOV