Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva gecə klubunda görüntülənib.
Axşam.az-ın “Milliyət”ə istinadən məlumatına görə, “Survivor” yarışması üçün Dominikan Respublikasında olan aktyor Tolqa Karelin xanımı türk mediasının diqqət mərkəzindədir. Yazıya “Tolqa Karel adada, həyat yoldaşı barlarda” başlığı verilib. Xəbərdə Günayın Tolqanın yoxluğundan istifadə etdiyi vurğulanıb:
“Survivor” yarışması ilə əlaqədar Dominikan adasına yollanan Tolqa Karelin həyat yoldaşı Günay Musayeva bu fürsətdən yararlanır. Bir neçə gün öncə Tolqa 2004-cü ildə aldığı 20 min lirə (təxminən 7 min azn) borcu ödəmədiyi üçün cütlüyün evindəki əşyalar müsadirə olunmuşdu. Şok olan Günay qayınatasına müraciət edib və lazım olan məbləği ödəyərək situasiyadan çıxış yolu tapıb. Yaşadığı xoşagəlməz vəziyyəti dostları ilə əylənərək unutmağa çalışan Günay ötən gecə barda ortaya çıxıb. Məkana iki oğlan dostu ilə gələn və cangüdənlərdən “Jurnalistlər var” soruşan Günay medianın olmadığını öyrəndikdən sonra bara daxil olub. Onun əyləncəsi gecəyarısına qədər davam edib. Məkandan çıxarkən fotoqrafları görən Günay dərhal rəfiqəsinin maşınına oturaraq oranı tərk edib. Mediadan qaçmağa çalışan Günay və rəfiqəsini polis saxlayıb. Əvvəlcə onlar polisin “saxla” əmrinə tabe olmayıblar. Daha sonra polisə “Avtomobilimdə Tolqa Karelin həyat yoldaşı var, jurnalistlər çəkməsin deyə saxlamadım. Günahkar onlardır” deyən modelin sarışın rəfiqəsinin içkili olduğu ortaya çıxıb. Heç bir suala cavab verməyən Günay taksiyə oturaraq oradan uzaqlaşıb”.