Bu gün aparıcı Kamran Quliyevin “Yeni sədalar” verilişində türkiyəli vokalçı Oya Ergün və müğənni Faytonçu Nazim qonaq olub.
Axşam.az-ın məlumatına görə, teleaparıcının yeni formatda və fərqli dizaynda təqdim etdiyi proqramında əsl bayram ab-havası yaşanıb. Tamaşaçılar dicey Proqresin (Orxan) təqdimatında maraqlı musiqi nömrələri dinləyiblər.
Azərbaycan musiqisindən bəhs edən türkiyəli ifaçı ona heyran olduğunu deyib:
“Elə bir insan yoxdur ki, Azərbaycan musiqisinə heyran olmasın. Uzun müddətdir burada yaşayıram. Musiqinizin gözəlliyinə vurğunam. Hamı milli musiqini sevir. Burada evində piano olmayan az insan var. Bu mənə çox maraqlı gəlir”.
Verilişin digər ifaçı qonağı Nazim Oya Ergünə işbirliyi təklif edib:
"Növbəti işbirliyimin sizinlə olmasını istəyərəm".
Maraqlı anların yaşandığı canlı yayımdan fotoları təqdim edirik.
Qeyd edək ki, verilişi Axşam.az-ın informasiya dəstəyi ilə həftənin çərşənbə axşamı saat 13:45-də və cümə axşamı saat 15:15-də “İctimai” telekanalda canlı olaraq izləyə bilərsiniz.