Elza Türkiyədə konsert verdi – fotolar

Elza Türkiyədə konsert verdi – fotolar
1186 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan ötən gün Türkiyədə konsert verib.

Axşam.az-ın məlumatına görə, Novruz bayramına həsr edilən “Azərbaycan mədəniyyət gecəsi” adlı tədbir Elazığ şəhərində, Fırat Universitetində baş tutub.

Müğənni gecədə sevilən mahnılarını və “Türkiyə” marşını səsləndirib.

E.Seyidcahan konsert təəssüratlarını bizimlə bölüşüb:

“Orada mənim “Türkiyə” marşımı çox sevirlər. Konsertdə də ifa etdim. Hər kəs alqışladı. Çox mehriban qarşılandım”.

Konsertdə universitet rəhbərlikləri tərəfindən əməkdar artistə diplom da verilib.