Azərbaycanda “İlin rəqqasəsi” seçilən “Göyçək” ləbi ilə tanınan Fatimə Fataliyeva yeni mükafat almasına münasibət bildirib.
Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, o bu nominasiya ilə illərdir ki, təltif olunur:
“Bu mənim ilk mükafatım deyil. Bu günə qədər müxtəlif mükafatlara layiq görülmüşəm. Azərbaycanla yanaşı, ölkə xaricindən, bir çox ölkələrdən də mükafatlar almışam. Bu mükafatlar bir sənətçi üçün müəyyən bir stimuldur. Amma mən təltif olunduğum mükafatların əksəriyyətini mediada işıqlandırmamışam. Mənə “İlin rəqqasəsi” adını layiq görənlərə isə dərin minnətdarlığımı bildirirəm. Diqqətlərinə görə var olsunlar”.
Qeyd edək ki, aprelin 3 rəqqasə Fatimənin məşhurlarla birgə çəkdirdiyi klipin təqdimatı olacaq. Məhz həmin gün F.Fataliyeva doğum günü qeyd edəcək. Gecədə sürpriz qonaqların olacağı da gözlənilir.