Məşhur rusiyalı repçi Timatinin ata olması haqda xəbər vermişdik.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, repçinin anasının model Alyona Şişkin olduğu dəqiqləşib.
Bu yaxınlarda Timati İnstaqram səhifəsində körpəsi ilə olan fotosunu yayımlasa da, anasının kim olduğunu söyləməmişdi.
Xatırladaq ki, cütlük 2012-ci ildə çəkilişlərin birində tanış olub. Hələ ki, evlənmək haqqında düşünməyən sevgililər övladları ilə çox xoşbəxt olduqlarını söyləyiblər.