“Möhtəşəm yüz il”in “Sultan Süleyman”ı Halit Ergenç alış-verişə çıxıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oynadığı obrazla ərəb qadınları tərəfindən olduqca sevilən aktyor oğlu ilə birlikdə gəzərkən maraqlı hadisə ilə üz-üzə qalıb.
Belə ki, mağazada bal almağa çalışan və onun dadını yoxlayan Halit iki ərəb qadın pərəstişkarının “Süleyman, Süleyman” deyərək ona tərəf baxmasına təəccüblənib. Daha sonra mağazanın qarşısında izdiham yaşanıb. Aktyor Türkiyəyə səyahətə gələn ərəb pərəstişkarlarının şəkil çəkdirmək istəyinə də “yox” deməyib. Jurnalistlərin diqqət mərkəzində olduğunu görən Ergenç oğlu Əlini kameralardan uzaq tutmağa çalışıb.
“Oğlum həqiqətən də belə vəziyyətlərə öyrəşməyib. Onun şəkillərini çəkməsəniz, sevinərəm” deyən aktyor daha sonra oradan uzaqlaşıb.