ABŞ-ın birinci xanımı Mişel Obama qızları Saşa və Mali ilə Çinə yollanıb.
Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, prezident Barak Obamanın ailəsi ölkənin tarixi məkanlarını gəzib. Onlar Pekindəki “Qadağanedilmiş şəhər”i və “Böyük Çin divarları”nı ziyarət ediblər.
Mişel Obama “Ağ ev”in rəsmi internet səhifəsindəki bloqunda bunları yazıb:
“Bu gün Mutyanyu kəndində olduq, Çin divarlarına baxdıq. Buradan möhtəşəm mənzərəni izlədik. Meşə və dağ görüntüsü – gəzinti əsl macəra idi”.