Xalq artisti Nazpəri Dostəliyeva Moskvada konsert verib.
Axşam.az-ın məlumatına görə, konsert Novruz bayramı münasibətiylə keçirilib. Gecənin aparıcısı Kamran Həsənli olub. Səhnəyə ilk olaraq əməkdar artist Eyyub Yaqubov və meyxanaçı Vüqar çıxıb.
İki saat səhnədə qalan N.Dostəliyeva aşıq, estrada və nostalji mahnılar səsləndirib. O, gecədə ilk olaraq “Sarıköynək” xalq mahnısını səsləndirib və alqışlarla qarşılanıb.