Naina İbrahimova “Çarli Çaplin” obrazında - fotosessiya

Naina İbrahimova “Çarli Çaplin” obrazında - fotosessiya
4023 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir çox maraqlı layihələri ilə gündəmə gələn əməkdar artist Naina İbrahimova bu dəfə “Çarli Çaplin” obrazını canlandırıb.

Axşam,az-ın məlumatına görə, müxbirimizlə söhbətində aktrisa layihəsindən və onun necə ərsəyə gəlməsindən bəhs edib:

“Bu günə kimi bir çox obrazları mahircəsinə yaratmışam. Onlar arasında ən səs-küylüsü Merlin Monro və pop-ulduz Maykl Ceksonun obrazı olub. Maykl Cekson layihəmə görə Gürcüstanda belə mükafat almışam. Çarli Çaplin layihəsini uzun müddətdir ki, planlaşdırırdım. Bu qış reallaşdırdım. Layihəni çox soyuq havada lentə aldıq. Çəkilişlər zamanı qar yağırdı, soyuqdan əllərimizi hiss etmirdik. Amma bu bizə mane olmurdu.
Layihədə Çarli Çaplinin “Böyük şəhərin işıqları” filmindəki səhnə canlandırılıb. Çarli Çaplin obrazini mən, oradakı gülsatan xanımı isə aktrisa Milana Mardaxanova canlandırıb. Fotolayihəni fotoqraf Ruslan Teymurfulatov çəkib. Mənim obrazım üzərində Rus Dram Teatrının qrimçisi Maqsud Məmmədov çalışıb. Milana xanımın makiyajını isə Nura Babayeva edib. Film çəkilişlərində bizə çay qızılgülləri lazim idi. Amma bu fəsildə onu heç bir mağazadan tapa bilmədik. “Rozmari” salonunun rəhbəri xaricdən gətizdirib, təmənnasız mənə hədiyyə etdi. Layihəmin prodüseri illərdir dostluq etdiyim, bir çox işlərimdə yanımda olan Zöhrab Ağayevdir. Geyimlərimiz üzərində modelyer Məleykə Quliyeva çalışıb. Təşkilatçılıq işlərini isə Aleksandr Krameronko edib".

Bundan sonra da maraqlı layihələri ilə gündəmə gələcəyini deyən Naina İbrahimova adi fotosessiyalar etdirmədiyini bildirib:

“Bir çoxları məni özündənrazı kimi tanıyır. Amma bu belə deyil. Mən aynada özümə baxanda gözəlliyimi düşünmürəm, zövq almıram. Bu simadan necə, hansı layihə üçün istifadə edə biləcəyimi düşünürəm. Bəzən təklif edirlər ki, sizinlə qlamur bir fotosessiya edək. Amma razılaşmıram. Bundan sonra heç kim məni adi olduğum kimi fotosessiyada görməyəcək. Hər hansı bir obraza girməkdən qorxmuram. Bu sonuncu fotosessiyam deyil. Hələ qarşıda daha maraqlı layihələr olacaq”.

Qeyd edək ki, N.İbrahimova yaxınlarda fotosessiayalarına görə “İlin ən yaxşı aktrisası”, prodüseri Z.Ağayev isə İlin tələbkar klipmeykeri”  diplomuna layiq görülüb.