Bir müddət öncə aralarında eşq yaşandığı deyilən əməkdar artist Almaz Ələsgərli ilə gənc müğənni Ramalın daha bir fotosu ortaya çıxıb. Sosial şəbəkədə paylaşılan bu foto istifadəçilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Almaz Ələsgərli sözügedən məsələyə münasibət bildirərkən Ramalla sevgili olduğunu nə təsdiq, nə də təkzib etmişdi: "Şəxsi həyatımla heç vaxt gündəmə gəlməyə çalışmamışam. Ona görə bu mövzuda çox dərinə getmək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, Ramal Əsədzadə dərs dediyim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində mənim tələbəmdir və mənə çox əzizdir. Hazırda da çox xoşbəxtəm".
Ramal özü isə Almaz Ələsgərli ilə olan fotosuna belə bir şərh yazıb:
"Mənim bu xanıma qarşi olan sevgim və rəğbətim tükənməzdir".
Axşam.az Aznews.az-a istinadən həmin fotonu sizə təqdim edir.