Xalq artisti Aygün Kazımovanın Türkiyədə ilk albomu işıq üzü görüb. Axşam.az-ın məlumatına görə, “Coffee from Colombia” adlanan albom DMC musiqi şirkətinin imzası ilə çıxıb.
Alboma xalq artistinin dünya şöhrətli reper Snup Doqla oxuduğu sözügedən bəstənin 12 versiyası daxildir. Onlar arasında müğənni Rihannanın və bir çox tanınmış simaların diceylərinin hazırladığı remikslər yer alıb.