Acun Adriana Lima ilə müqavilə imzaladı

Acun Adriana Lima ilə müqavilə imzaladı
1970 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli teleaparıcı, bir çox layihənin rəhbəri Acun Ilıcalı, keçən il satın aldığı "TV8" kanalında yeni müsabiqə proqramı hazırlayır.

Teleaparıcı artıq bununla bağlı Viktoriya Sekretin mələklərindən biri, braziliyalı model Adriana Lima ilə danışıqlara başlayıb.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə deyilir ki, dünən gecə dəbdəbəli restoranların birində Acun Ilıcalı ilə görüşən Adriana Lima və meneceri  müqaviləni imzalamağa razılıq veriblər.

Supermodel  ingilis dilində aparıcılıq edəcək. Proqramın dublyaj olunacağına, yoxsa subtitrlərlə yayımlanacağına hələ qərar verilməyib. Ancaq Adriana Lima artıq türk dilini öyrənməyə başlayıb.

O ki qaldı layihənin formatına.. Format yenə müsabiqədi. Amma bu dəfə gənc modelyerlər yarışacaqlar. Qalib modelyerin libaslarını ilk dəfə Adriana Lima geyinəcək.