Müğənni Zeynəb Dostəliyeva ANS telekanalında yayımlanan “Bazar səhəri Rövşanə Bektaşi” ilə verilişinin qonağı olub.
Axşam.az xəbər verir ki, artıq çəki alan müğənni bunu ört-basdır etmək üçün enli don geyinib. Canlı yayıma SMS yollayan tamaşaçılardan biri sənətçinin geyimini bəyənmədiyini, onu bazar qadınlarına oxşatdığını yazıb:
"Zeynəb Dostəliyeva bazarda pomidor satan qadına bənzəyir. Hətta bazarda pomidor satanlar belə ondan daha zövqlü geyinir".
Müğənninin sözügedən ismarışa cavabı isə belə olub:
“Sən çox zövqsüz və qabiliyyətsiz insansan. Əynimdəki ətəyim Fransa istehsalıdı. Həm də kökəlmişəm deyə enli geyinmişəm. Ayıb olsun sənə...".
Z.Dostəliyevanın həmin verilişdən olan fotosunu təqdim edirik.
movqe.az