"Qalatasaray"ın məşhur futbolçusu Didye Droqba "Fənərbaxça" üzərində qələbədən (1:0) sonra zəfəri qeyd edib.
Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, Etilər adlanan səmtə yollanan oyunçu məkana birlikdə gəldiyi xanım dostlarının görüntülənməməsi üçün ciddi səy göstərib.
Droqbanın ətrafındakı gözəlçələr mediadan qaçmaq üçün üzlərini gizlədiblər.