Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötür.

Axşam.az xəbər verir ki, bunla bağlı sosial şəbəkədə yüzlərlə paylaşım edilib. Onlar arasında sənət aləminin tanınmış simaları da yer alıblar. Onlar yayımladıqları fotolara Azərbaycan və ingilis dilində şərhlər yazıblar.

Xalq artisti Röya Ayxan "Düz 29 il əvvəl, bu tarixdə- 25-26 fevral, 1992-ci ildə soyqırım və insanlığa qarşı cinayət yaşandı. Xocalı faciəsi... O dəhşətli günün buraxdığı izlər bu gün də istidi, yenidir! Bu, dünyada ən qorxulu kütləvi terror aktlarından biridir. Rəsmi rəqəmlər hər kəsə bəllidir. Dəhşətli statistikadır, elə deyilmi? Onların vəhşicəsinə öldürülməsi gördüyümüz video lentlərdən, fotolardan açıq-aşkar görünür. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir. Dünyada insanlığa qarşı cinayətlər, humanitar fəlakətlər, terrorçuluq, ekstremizm, separatçılıq dayansın, sülh daim olsun. Övladlarımız rahat, firavan bir dünyada yaşasın!" deyə, paylaşımında qeyd edib.

Aktyor Fərda Xudaverdiyev paylaşımında "Unutma, unutdurma... Əminəm ki, nəhayət ruhunuz şaddır. Dünya bu haqsızlığa, vəhşiliyə sussa da, Azərbaycan xalqı susmadı. Ali Baş Komandanın, yenilməz odurmuzun köməkliyi ilə haqq yerini tapdı" sözlərini əlavə edib.

Müğənni Elvin Abdullayev "Allah hər birinə rəhmət etsin. Sizlər heç bir zaman unudulmayacaqsınız!" deyə, yayımladığı fotoya yazıb.

Aparıcı Lalə Azərtaş isə "Xocalı faciəsi - 26 fevral, 1992-ci il. Uşaqlı, cavanlı və qocalı... Heç bir zaman unutmayacağıq" sözləri ilə bu günü xatırlayıb.

Sözügedən paylaşımları təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                 

Xəbər lenti