Bir çox insanlar gündəlik yaşayış tərzi səbəbi ilə "fast-food" yeməklərinə üstünlük verirlər. Bunlar arasında dönər, lahmacun, şaurma kimi tez zamanda hazırlanan qidalar var. Bəziləri təmiz və tez bişdiyinə, eyni zamanda sərfəli qiymətinə görə daha çox toyuq dönəri alıb yeyirlər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, toyuq ətindən hazırlanan məhsullar tez xarab olur. Ona görə də, əti istehlak ediləcək quşlar gigyenik cəhətdən təmiz və əlverişli şəriatdə saxlanılmalıdır.

Hamilə qadınların uşaqlarını itirməsinə səbəb olan listeria bakteriyası toyuqlarda daha çoxdur. Aparılan araşdırmalar göstərir ki, satılmayan toyuq dönəri soyuducuda saxlanılsa belə, bu bakteriyalar ətdə yaşamağa və inkişaf etməyə davam edir.

Qida zəhərlənmələri dedikdə ilk ağıla gələn heyvan mənşəli ətlərdən hazırlanan yeməklərdir. Toyuq əti də tez xarab olduğuna görə bu kateqoriyaya daxildir.

Onlarda listeria ilə yanaşı salmonella bakteriyası da var. Bu bakteriya heyvanın bir başa ətinə keçir və orada inkişaf edir. Buna görə də ətin mütləq tam bişirilməsi vacibdir.

Zəhərlənmə zamanı bu insanlarda özünü üşütmə ilə büruzə verir. Lakin insanlar bunu zəhərlənmə deyil də, soyuq havadan olacağını zənn edib həkimə getmirlər. Mütəxəssislər isə belə halın qida zəhərlənməsi olduğunu bildirərək həkimə müraciətin mütləqliyini vurğulayırlar.



                 

Xəbər lenti