İtlərini tapana 850 min verəcək - Fotolar

İtlərini tapana 850 min verəcək - Fotolar
792 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ledi Qaqanın itləri oğurlanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Los-Ancelesdə itləri gəzdirməyə çıxaran Qaqanın köməkçisi Rayan Fişer silahlı hücuma məruz qalıb. Kimliyi naməlum bir neçə şəxs atəş açaraq Rayanı yaralayıb və onun cins itləri Kocilə, Qustavı oğurlayıblar.

Atəş nəticəsində çoxlu qan itirən köməkçi təcili olaraq xəstəxanaya aprılıb. Hadisə zamanı 3-cü it Miss Asia, polis tərəfindən tapılaraq Qaqaya təhvil verilib.

Müğənni mətbuata açıqlaması zamanı itini tapıb ona gətirənə 500 min dollar (850 min manat) mükafat verəcəyini bildirib.