Xalq artisti Aygün Kazımova dünən şairə Leyli İsrafilovan ilə bəstəkar Hakan Erolun toy mərasimində fotokameramıza tuş gəlib.
Axşam.az-ın məlumatına görə, səbəbkarlar üçün mahnılarını səsləndirən müğənni bəylə rəqs də edib. Hakan Erolla rəqs edən A.Kazımovaya növbəti jest küsülü olduğu müğənni-bəstəkar Ramal İsrafilovdan gəlib. “Biletini alma” mahnısını səsləndirən Ramal xalq artistinin əlini öpərək onu rəqsə dəvət edib.
Foto: Rəşad ABBASOV