Qırmızı xalçada geyimləri ilə yarışa girdilər - Fotolar

Qırmızı xalçada geyimləri ilə yarışa girdilər - Fotolar
1278 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Los-Ancelesdə 78-ci "Qızıl qlobus" təqdimetmə mərasimi baş tutub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya səbəbindən bütün böyük tədbirlərin təxirə salındığı ərəfədə sözügedən mükafatlandırma gecəsinin keçirilməsi sənət adamlarını sevindirib.

Covid-19-a görə, tədbir hər zamankindən fərqli təşkil olunub. İki ay təxirə salınan "Qızıl qlobus" bu dəfə tamaşaçısız baş tutub. Gecənin aparıcılığını Tina Fey və Emi Poler edib. Aparıcılardan biri Nyu-Yorkdan, digəri isə Los-Ancelesdən canlı yayıma qatılıb.

Tədbirin qonaqları sırasında isə mükafatı alan məşhurlar yer alıblar. Onlar sırasında gecəyə gəlməyənlər də olublar. Qırmızı xalçadan keçən ulduzlar isə geyimləri ilə yarışa giriblər.