Axşam.az xəbər verir ki, bəstənin müəllifi ifaçı özüdür. Sənətçi yeni işi üçün fotosessiya da etdirib. Aisel bu dəfə fotoqraf Azər Cəfərin obyektivi qarşısına keçib.
Onun saç və makiyajını məşhur stilist Anar Ağakişiyevin yaradıcı komandası, xüsusilə də Xəyalə Quliyeva edib. O, fərqli obrazlarda şəkillər çəkdirib.