Beysbolçu Devid Ortizlə ABŞ prezidenti Barak Obamanın “selfie” fotosu nəinki qalmaqala səbəb oldu, hətta yəqin ki, bu, Ağ Ev rəhbərinin telefonla son avtoportreti olacaq. Ən azı prezidentlik müddəti bitənə kimi.
“Tvitter” sosial şəbəkəsində fotonun yayılmasından dərhal sonra Ağ Evdən fotonun çəkildiyi telefon şirkətinə xəbərdarlıq göndərilib. Onlar dövlət başçısının reklam məqsədlərində istifadə edilməsinə etirazlarını bildiriblər. Hətta onu da açıqlayıblar ki, bundan sonra Ağ Ev ziyarətçilərinin Barak Obama ilə “selfie” fotolarına qarşı çıxacaqlar.
Ancaq “Selfie” şəkil çəkdirən dövlət başçısı təkcə Barak Obama deyil. Ondan əvvəl də xeyli sayda siyasətçi bu trendə qoşulub və yəqin ki, dövlət başçılarının bu cür fotolarda görünmələri davam edəcək.
Axşam.az Ailem.az-a istinadən müxtəlif dövlətlərin prezident və baş nazirlərinin, həmçinin, Roma Papasının və Dalay Lamanın “Selfie” fotolarını təqdim edir.