Aktrisanın ailəsi ilə qayıq gəzintisi - fotolar

Aktrisanın ailəsi ilə qayıq gəzintisi - fotolar
1815 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Natali Portman həyat yoldaşı Benjamin Milpye və balaca oğlu Aleflə birlikdə Parisə qayıdıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ailə Versal sarayı ətrafında qayıqla gəzərkən fotokameralara tuş gəlib.

Qeyd edək ki, Natali ay yarım idi ki, ailəsi birlikdə vətəni İsraildə yaşayırdı. Aktrisa orda "Zülmət və sevgi haqqında" adlı yeni film layihəsi üzərində işləyirdi. Natali bu filmdə yalnız baş rolu oynamır. O, həm də filmin ssenari müəllifi, rejissoru və prodüseridir.

Bu, aktrisanın ilk tammetrajlı filmi olacaq. Bundan əvvəl o, bir qısametrajlı film və "Nyu-York, mən səni sevirəm" layihəsinə daxil olan novellalardan birini çəkib.