“Oğlum təcili yardım gələnə qədər canını tapşırdı” - Nazpəri Dostəliyeva

“Oğlum təcili yardım gələnə qədər canını tapşırdı” - Nazpəri Dostəliyeva
15291 dəfə oxunub
  • A-
  • A
  • A+

“Oğlum valideynlərim və qardaşımın dəfn olunduğu Qobustan qəbiristanlığında torpağa tapşırılacaq”.

Axşam.az xəbər verir ki, bu sözləri "News24.az"a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.

Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün ani olduğunu bildirib.

“Oğlum quş kimi yanımdan uçub getdi. Xalası ilə, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı. Elə bil, cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış”, - deyən sənətçi göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Xalq artistinin böyük oğlu Əli Quliyev bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.