Məşhur müğənni Nikol Şerzinger və sevgilisi, "Formula 1" yarışmasının pilotu Lyuis Hamilton Bəhreyndə kameralara tuş gəliblər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, idman stilində geyinən Nikol bütün yarış boyu sevgilisinə dəstək verib. Bir an belə oturmadan sevgilisini izləyən müğənni isti havaya, səs-küyə əhəmiyyət vermədən yarışmanın sonuna qədər gözlərini Lyuisdən ayırmayıb. Sonda sevgilisinin birinci yerə çıxdığını görən Şerzinger sevincindən uşaq kimi atılıb-düşüb.