Dünyaca məşhur müğənni Beyons “Out magazine” jurnalı üçün XX əsrin əfsanəvi kinoaktrisası Merilin Monronun obrazında pozlar verib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ağ-qara şəkillərdə çılpaq olan Beyons əlləri ilə sinəsini örtmüş halda təsvir olunub. Stilistlər müğənninin üzərinə ağ və qızılı rəngli muncuqlar əlavə edib, saçını isə Monronun saç stilinə uyğun parik altında gizlədiblər.
Digər fotolarda qara çimərlik geyimində, ağ kostyumda “Power” sözünün altında dayanıb cazibədar, qüsursuz bədənini nümayiş etdirən ulduzun bu görüntüləri media aləmində səs-küyə səbəb olub.