Məşhurların əksəriyyəti ictimai nəqliyyatdan istifadə etməsələr də, bəziləri bundan qətiyyən çəkinmirlər.
Axşam.az xarici mətuata istinadən xəbər verir ki, aktrisa Sara Cessika Parker də kompleks yaşamadan metrodan yararlananlardandır.
Bu günlərdə o, Nyu Yorkda metroya minərkən görüntülənib. Bundan narahat olmayan Sara ona yaxınlaşan pərəstişkarları ilə səmimi ünsiyyət qurub.