“Playboy” jurnalının yaradıcısı Hyu Hefner 88 yaşını qeyd edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, keçən olduğu kimi bu il də Hefner ad günündə həyat yoldaşı, 27 yaşlı Crystal ilə sevimli filmi “Kasablanka”nı izləyib. Doğum gününü təntənəli keçirmək əvəzinə film izləməyi üstün tutan Hefnerin xanımı da "Kasablankanı" əri qədər çox sevir. Filmdən sonra Crystal, Hyu Hefnerlə birlikdə çəkdirdiyi şəkli sosial şəbəkədə paylaşaraq həyat yoldaşının 88 yaşını xoşbəxt şəkildə qeyd etdiyini təqibçilərinə çatdırıb.