Müğənni Elnur Məmmədovun yeni diski işıq üzü görüb.
Axşam.az-ın məlumatına görə, “Sən elə bir zirvəsən” adlanan albomda Kamal və Baba Vəziroğlunun birgə yaradıcılıq məhsulları yer alıb. Ümimilikdə, alboma 10 bəstə (“Gəlsən də, gəlməsən də”, “Ayrılığa dözərəm”, “Bağışlaram səni”, “Bilsən də, bilməsən də”, “Dəniz”, “Səndən başqa”, “Səndən nigaranam”, “Yenə yaz gələcək”, “Sən elə bir zirvəsən”) və bir instrumental mahnı (“Gəlsən də, gəlməsən də - instrumental (Muxtar Abseynov ) daxil edilib.
Müğənni hər iki müəllifin mahnılarından ibarət albom çıxarmağı çoxdan arzuladığını bildirib. Baba Vəziroğlu da Elnur Məmmədovla əməkdaşlığı davan etdirəcəyini deyib.